Modern.az

Qazaxda 55 yaşlı kişini at xəstəxanalıq etdi

Qazaxda 55 yaşlı kişini at xəstəxanalıq etdi

Aktual

15 May 2022, 10:25

Qazax sakininə at təpik vuraraq xəsarət yetirib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun "Mal bazarı”nda qeydə alınıb.

 

1967-ci il təvəllüdlü Abdulkərimov Rasim müxtəlif bədən xəsarəti ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

 

Müayinə zamanı 55 yaşlı kişiyə açıq kəllə-beyin travması və baş-beyin əziyi, bədənin çox saylı əziyi diaqnozları qoyulub. Hazırda xəstənin vəziyyətinin ağır olduğu bildirilir.

 

Hadisənin təfərrüatı araşdırılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!