PSJ klubunun qapıçısı Keylor Navas mövsümün sonunda komandasını tərk edə bilər.
Modern.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, Paris təmsilçisi artıq italiyalı Canluici Donnarummanın bir nömrəli qolkiperə çevrilməsini istəyir.
Bu səbəbdən Fransa çempionu yayda 35 yaşlı kosta-rikalını satmaq üçün variantlar axtaracaq. Navasın klubla müqavilə müddəti 2024-cü ilin yayına qədərdir. Rəhbərlik onun transferindən 10 milyon avro qazanc götürmək niyyətindədir.
Qeyd edək ki, Keylor Navas bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 25 oyuna çıxıb, 24 qol buraxıb.