Modern.az

Kürün su sərfi ölçüldü

Kürün su sərfi ölçüldü

Aktual

15 May 2022, 11:25

Kür çayında Milli Hidrometeorologiya Xidmətinin və Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən su ölçmə işləri həyata keçirilib.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, mayın 13-də Milli Hidrometeorologiya Xidmətinin mütəxəssislərinin Kür-Yevlax məntəqəsində apardığı ölçmələr zamanı su sərfi saniyədə 164 kubmetr olub.

 

Milli Hidrometeorologiya Xidmətinin və Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən Varvara məntəqəsində aparılan birgə ölçmə işləri zamanı saniyədə 160 kubmetr su sərfi müəyyənləşdirilib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı