Modern.az

Lvov raket atəşinə tutuldu - Hərbi obyekt dağıdıldı

Lvov raket atəşinə tutuldu - Hərbi obyekt dağıdıldı

Aktual

15 May 2022, 12:15

Mayın 15-də səhər saatlarında Rusiya ordusu Lvov vilayətinə raket zərbəsi endirib.

 

Modern.az xəbər verir ki, bu barədə Lvov Regional Hərbi Administrasiyasının rəhbəri Maksim Kozitski teleqramda bildirib.

 

Zərbə nəticəsində Polşa ilə sərhəd yaxınlığında yerləşən hərbi obyekt dağıdılıb.

 

“Polşa ilə sərhədə yaxın Yavoriv rayonunda yerləşən hərbi infrastruktur obyektinə 4 raket düşüb. Obyekt tamamilə məhv edilib” - Maksim Kozitski deyib.

 

İlkin məlumata əsasən, hücum zamanı ölən və xəsarət alan yoxdur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı