Modern.az

Güləşçilərimiz Albaniyada ikinci oldular

Güləşçilərimiz Albaniyada ikinci oldular

Aktual

15 May 2022, 12:25

Albaniyanın paytaxtı Tiranada güləş üzrə beynəlxalq turnir keçirilib.

 

Modern.az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, mayın 12-də start götürən yarış 4 gün davam edib. Turnirdə ölkəmizi sərbəst güləş üzrə yığmamızın 2 üzvü, uzun müddət zədə üzündən yarışlarda iştirak edə bilməyən Xadjimurad Qadjiyev (74 kq) və Vaxit Qalayev (125 kq) təmsil ediblər.

 

X.Qadjiyev bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. V.Qalayev isə bürünc medal qazanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı