Modern.az

İsveç bu tarixdə NATO-ya müraciət edəcək

İsveç bu tarixdə NATO-ya müraciət edəcək

Aktual

15 May 2022, 12:47

İsveçin mayın 17-də NATO-ya üzvlük üçün müraciət edəcəyi gözlənilir.

 

Modern.az xarici KİV-ə istinadən xəbər ki, bu barədə “Svenska Dagbladet” qəzeti məlumat yayıb.

 

Bildirilib ki, ərizənin göndəriləcəyi tarix Finlandiyanın o vaxta qədər üzvlüklə bağlı qərar qəbul edib-etməməsindən asılı olacaq.

 

Finlandiyalı ekspertlərin fikrincə, Suomi parlamentində alyansa üzvlük məsələsi ilə bağlı mayın 16-na planlaşdırılan müzakirələrin ləngiməsi riski var.

 

Plana əsasən, iki Şimali Avropa ölkəsi eyni vaxtda Brüsselə sənədlər göndərmək istəyir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı