Modern.az

“Əlinizdən gələni edin” – Baydendən müraciət

“Əlinizdən gələni edin” – Baydendən müraciət

Aktual

15 May 2022, 12:59

ABŞ Prezidenti Co Bayden Nyu-Yorkun Buffalo şəhərindəki supermarketdə törədilən qətllə bağlı bəyanat yayıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Bayden hadisəni daxili terror aktı adlandırıb.

 

“İrqi nifrət cinayətləri millətimiz üçün iyrəncdir. Nifrətdən qaynaqlanan daxili terrorizmə son qoymaq üçün əlinizdən gələni edin”, – Amerika lideri bildirib.

 

Qeyd edək ki, ötən gün ABŞ-ın Nyu-York ştatının Buffalo şəhərində yerləşən supermarketdə atışma olub. Hadisə nəticəsində 9 nəfər ölüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...