Modern.az

Gürcüstan NATO-nun sammitinə dəvət olunacaq

Gürcüstan NATO-nun sammitinə dəvət olunacaq

Aktual

15 May 2022, 14:51

Gürcüstan rəhbərliyi NATO-nun iyunun sonunda Madriddə keçiriləcək sammitinə dəvət alacaq.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə NATO baş katibinin müavini Mirça Joanna Alyansın xarici işlər nazirlərinin Berlində keçirilən iclasından əvvəl jurnalistlərə müsahibəsində bildirib.

 

O qeyd edib ki, qərar açıq qapı siyasəti çərçivəsində qəbul edilib:

 

"NATO hər zaman xalqların öz yolunu seçmək hüququna hörmətlə yanaşıb. Gürcüstan NATO-nun uzunmüddətli tərəfdaşlıq etdiyi inkişaf etmiş imkanlara malik tərəfdaşdır və mən deyə bilərəm ki, Gürcüstan rəhbərliyi NATO sammitinə dəvət olunacaq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!