Modern.az

Tarixdə ilk: Aydan gətirilən torpaqda bitki yetişdirildi

Tarixdə ilk: Aydan gətirilən torpaqda bitki yetişdirildi

Güncel

15 May 2022, 16:09

İlk dəfə olaraq alimlər Aydan toplanan torpaqda bitki yetişdiriblər.

 

Modern.az-ın "BBC"-yə istinadən verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının Florida Universitetinin alimləri 1962-1972-ci illərdə Apollon missiyaları zamanı toplanan Ay torpağına xaççiçəyi (turpgiller ) ailəsindən olan siçan qulağı tərəsi toxumu əkiblər. Toxumların 2 gündən sonra cücərdiyi müşahidə edilib.

 

Beləliklə, ilk dəfə toxumlar Ay torpağında uğurla cücərdilib.

 

Araşdırma üçün Florida Universitetinin elmi qrupuna hər bitki üçün 1 qram torpaq verilib. Alimlər buna təəccübləndiklərini ifadə edərək cücərtinin daha sonra quruduğunu deyiblər.

 

Tədqiqat NASA - Amerika Kosmos və Aeronavtika Agentliyinin “Ayda yaşayış məntəqəsinin yaradılması” layihəsi üçün mühüm addım kimi qiymətləndirilir.

 

Qeyd edək ki, NASA astronavtları 1962-1972-ci illərdə Apollon missiyaları zamanı Ay səthindən 382 kiloqram torpaq, toxum, çınqıl, qum və toz gətiriblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı