Modern.az

BƏƏ-nin yeni prezidentinin adı məlum oldu

BƏƏ-nin yeni prezidentinin adı məlum oldu

Aktual

15 May 2022, 16:45

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Federal Ali Şurasının iclasında Şeyx Məhəmməd bin Zayed Al Nəhyan yekdilliklə ölkə Prezidenti seçilib.

 

Modern.az “Emirates” agentliyinə istinadən xəbər verir ki, Əbu-Dabidəki Əl-Muşrif sarayında keçirilən iclasa sədrlik edən Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Al-Maktum Federal Ali Şuranın qərarını açıqlayıb və BƏƏ-nin digər əmirləri adından yeni Prezidenti təbrik edib, ona uğurlar arzulayıb.

 

Ali Şuranın üzvləri mərhum Prezident Şeyx Xəlifə bin Zayed Al Nəhyanın xatirəsini yad edib, onun ruhuna dualar oxuyublar. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!