Modern.az

ABŞ bu ölkələrə hərbi dəstək verəcək

ABŞ bu ölkələrə hərbi dəstək verəcək

Aktual

15 May 2022, 16:35

ABŞ İsveç və Finlandiyaya NATO-ya daxil olmamışdan əvvəl hücuma məruz qalacağı təqdirdə hərbi dəstək verəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Con Kirbi BBC-yə açıqlamasında deyib.

 

“Əgər onların ərizələrinə baxılarkən və NATO-ya daxil olmaq prosesi zamanı hər hansı hərbi dəstəyə ehtiyacları varsa, bizim hər iki ölkə ilə münasibətlərimiz onlara əlavə dəstək göstərməyə imkan verəcək”, – Kirbi bildirib.

 

Onun sözlərinə görə, Vaşinqton Rusiyanın bəyanatlarından narahatdır, çünki öz ölkələrinin taleyini yalnız İsveç və Finlandiya xalqları özləri müəyyən etməlidirlər.

 

Xatırladaq ki, Finlandiya bu gün NATO-ya üzvlüklə bağlı rəsmi qərarını elan edib. Yaxın bir neçə saat ərzində parlament tərəfindən təsdiqlənməlidir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı