İraqın Mutanna və Əd-Divaniyə vilayətlərində ABŞ ordusuna məxsus maşın karvanları növbəti dəfə silahlı hücuma məruz qalıb.
Modern.az xarici mətbuata istinadən bildirir ki, hücum zamanı ölən və yaralananlar barədə hələlik məlumat verilmir.
Qeyd edək ki, İraqda fəaliyyət göstərən bütün siyasi təşkilatlar, eləcə də ictimaiyyət və din xadimləri ABŞ ordusuna məxsus hərbi hissələrin ölkədən çıxarılmasını tələb edirlər. Hətta İraq parlamenti 2020-ci ilin yanvarında bu barədə qanun qəbul edib.
Parlamentdə təmsil olunan bütün siyasi partiyalar və hərəkatların dəstəyi ilə qəbul olunan qanuna görə, ölkə ərazisində digər dövlətlərə məxsus hərbi hissələr fəaliyyət göstərə bilməz. Bu məsələ ötən il İraq Prezidentinin Vaşinqtona rəsmi səfəri zamanı iki ölkə prezidenti arasında da müzakirə olunub. Lakin rəsmi Vaşinqton hərbi hissələrini İraqdan çıxarmağa tələsmir.