Böyük Britaniya 2023-cü ildə Ukraynanın əvəzinə "Avroviziya" mahnı müsabiqəsinə ev sahibliyi edə bilər.
Modern.az-ın "The Guardian"a istinadən verdiyi xəbərə görə, müsabiqədə ikinci yeri tutan Britaniya növbəti festivala ev sahibliyi etməyə hazır olduğunu açıqlayıb.
Bildirilir ki, müharibə ilə əlaqədar Avropa Yayım İttifaqı Kiyevdə tədbir təşkil etmək fikrindən yayına bilər.
İddialara əsasən, 2023-cü ildə yarışın "Avroviziya" xəzinəsinə ən çox töhfə verən və finala birbaşa vəsiqə qazanan "böyük beşlik" adlanan ölkələrdən birində təşkil olunması gözlənilir. Bunlar Fransa, Almaniya, İtaliya, İspaniya və Böyük Britaniyadır.
Qeyd edək ki, ötən gün İtaliyanın Turin şəhərində keçirilən "Avroviziya" beynəlxalq mahnı müsabiqəsinin qalibi Ukrayna olub. Ənənəyə uyğun olaraq, növbəti il yarışma qalib ölkədə keçirilməlidir.