Modern.az

“Zirə” və “Qəbələ” UEFA Konfrans Liqasında

“Zirə” və “Qəbələ” UEFA Konfrans Liqasında

Aktual

15 May 2022, 19:09

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII turun oyunları keçirilib.

 

Modern.az xəbər verir ki, "Qəbələ" səfərdə "Şamaxı"nı 1:0 hesabı ilə üstələyib.

 

"Sabah" doğma meydanda "Sumqayıt"la 2:2 hesablı heç-heçə edib. Çempionatın lideri "Qarabağ" səfərdə "Səbail"i məğlubiyyətə uğradıb - 3:0. Gümüş medalları təmin etmiş "Neftçi" səfərdə "Zirə"yə 0:1 hesabı ilə uduzub.

 

Bu nəticələrdən sonra "Zirə" və "Qəbələ" komandaları UEFA Konfrans Liqasına vəsiqələri rəsmiləşdirib. Bu iki komanda ilə yanaşı, "Neftçi" də sözügedən turnirdə mübarizə aparacaq. "Qarabağ" isə Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı