Modern.az

ABŞ səfirliyi marafon idmançılarını təbrik etdi

ABŞ səfirliyi marafon idmançılarını təbrik etdi

Aktual

15 May 2022, 20:44

ABŞ-ın Azərbaycandakı səfirliyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə 5-ci dəfə keçirilən Bakı marafonunun idmançılarını təbrik edib.

 

Modern.az xəbər verir ki, bu barədə səfirlikdən bildirilib.

 

“ABŞ səfirliyi bu gün Bakı Marafonu yarışında iştirak edən idmançılara qoşulub. Bütün iştirakçıları təbrik edirik!”, - səfirliyin yaydığı məlumatda deyilir.

 

Qeyd edək ki, marafonun kişi iştirakçıları arasında qalib rusiyalı, 1989-cu il təvəllüdlü Rinas Axmadiyev olub. O, məsafəni 1 saat 3 dəqiqə 11 saniyəyə qət edib.

 

Qadın iştirakçılar arasında qalib isə ukraynalı, 1990-cı il təvəllüdlü Veretska Valentyne olub. O, məsafəni 1 saat 16 dəqiqə 59 saniyəyə qət edib.

 

Fiziki məhdudiyyətli şəxslər arasında yarışın qalibi 51 yaşlı Mehman Ramazanzadədir. O qələbəni 57 dəqiqəyə qazanıb.

 

“Bakı Marafonu 2022”də 15 minədək iştirakçı qeydiyyatdan keçib. 2016-cı ildən təşkil edilən tədbir idmanın inkişafına dəstək, sağlam həyat tərzinin təbliği məqsədi daşıyır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı