Modern.az

Mahirin komandası Xorvatiya çempionu oldu

Mahirin komandası Xorvatiya çempionu oldu

Aktual

15 May 2022, 23:52

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb "Dinamo"su bu mövsüm Xorvatiya Liqasında çempionluğu təmin edib.

 

Modern.az xəbər verir ki, komanda 35-ci turun səfər matçında “Sibenik"ə 2:0 hesabı ilə qalib gələrək çempionluğa nail olub.

 

Bu qələbə ilə xallarının sayını 76-ya çatdıran Zaqreb təmsilçisi yarışın bitməsinə 1 tur qalmış ən yaxın izləyicisi "Hayduk" üçün (72 xal) əlçatmaz olub və çempionluğu rəsmiləşdirib. Mahir həlledici görüşdə sonadək ehtiyatda qalıb.

 

Beləliklə, "Dinamo" tarixində 23-cü dəfə ölkə çempionu olub. Emreli də legioner kimi ilk çempionluğu yaşayıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı