Modern.az

Litva prezidenti Əliyev və Paşinyanla görüşəcək

Litva prezidenti Əliyev və Paşinyanla görüşəcək

Aktual

16 May 2022, 11:30

Litva Prezidenti Qitanas Nauseda 18-20 may tarixlərində Azərbaycan və Ermənistana səfər edəcək.

 

Modern.az xəbər verir ki, səfər zamanı prezident transqafqaz ölkələri ilə Avropa İttifaqı arasında əlaqələrin perspektivlərini və beynəlxalq gündəmdə olan bir sıra digər məsələləri müzakirə edəcək. 

 

Litva rəhbəri Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Vaaqn Xaçaturyanla Azərbaycan-Aİ, Ermənistanın isə Aİ-nin “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlığının perspektivlərini müzakirə edəcək.

 

Litva prezidenti hər iki ölkədə Qafqaz regionunda təhlükəsizlik vəziyyəti, ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın perspektivləri, o cümlədən enerji sektorunda fikir mübadiləsi aparmağı planlaşdırır.

 

Litva prezidenti eyni zamanda Azərbaycan və Ermənistanın baş nazirləri Əli Əsədov və Nikol Paşinyanla da görüşəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı