Modern.az

İsveç NATO-ya üzvlük üçün qərar qəbul etdi

İsveç NATO-ya üzvlük üçün qərar qəbul etdi

Aktual

16 May 2022, 17:50

İsveçin NATO-ya üzvlük üçün müraciət etməsi ilə bağlı qərar hökumət tərəfindən qəbul olunub.

 

Modern.az-ın məlumatına görə, bu barədə İsveçin baş naziri Maqdalena Andersson deyib.

 

Onun sözlərinə görə, müvafiq qərar parlamentdə səs çoxluğu ilə qəbul edilib.

 

"Bu gün keçirilən iclasda hökumət NATO-ya müraciətlə bağlı qərar qəbul edib. İsveç səfiri tezliklə bu müraciəti NATO-ya təqdim edəcək. Daha sonra İsveç alyansın üzvü olmaq niyyətini və buna hazır olduğunu təsdiq edəcək", - deyə baş nazir bildirib.

 

Qeyd edək ki, bir neçə gün əvvəl Finlandiya hökuməti də analoji qərar qəbul edib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı