Modern.az

Bankların dollara tələbi azalıb

Bankların dollara tələbi azalıb

Aktual

17 May 2022, 13:36

Azərbaycan Mərkəzi Bankının (AMB) bu gün Dövlət Neft Fondunun (ARDNF) iştirakı ilə keçirdiyi valyuta hərracında bankların dollara tələbi azalıb.

 

AMB-dən Modern.az-a verilən məlumata görə, hərracda tələb 38,5 milyon dollar təşkil edib və tam təmin edilib. Bu isə ötən hərracla müqayisədə 15,3% azdır. Belə ki, mayın 12-də keçirilən hərracda banklara 45,5 milyon dollar məbləğində xarici valyuta satılmışdı.

 

Qeyd edək ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7 manat səviyyəsində formalaşıb.

Whatsapp
Bizə yazın!
Keçid et
YAP-dan Ərdoğanın partiyasına sərt etiraz - Bunu dayandırın!