Modern.az

Bu il 500-ə yaxın azərbaycanlı Türkiyədə ev alıb

Bu il 500-ə yaxın azərbaycanlı Türkiyədə ev alıb

Aktual

17 May 2022, 14:50

Bu il Türkiyədə mənzil alan azərbaycanlıların sayı bəlli olub.

 

Modern.az  xəbər verir ki, bu barədə Türkiyə Statistika Qurumu məlumat yayıb.

 

Məlumata görə, cari ilin yanvar-aprel aylarında 453 azərbaycanlı Türkiyədən ev satın alıb. Belə ki, yanvarda 89, fevralda 93, mart da isə 115 azərbaycanlı Türkiyədən ev sahibi olub.


Qeyd edək ki, ötən il isə 1517 azərbaycanlı Türkiyədə mənzil alıb. Alıcıların daha çox üstünlük verdiyi şəhərlər İstanbul, Antalya və paytaxt Ankaradır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı