NTV-nin məşhur aparıcısı Özlem Sarıkaya Yurt 39 yaşında vəfat edib.
Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, aparıcı xərçəng xəstəliyindən dünyasını dəyişib.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun Özlem Sarıkayanın ölümü ilə bağlı başsağlığı verib.
“NTV-nin xəbər aparıcısı Özlem Sarıkaya Yurtun vəfatını dərin hüznlə öyrəndim. Mərhuma Allahdan rəhmət, ailəsinə və yaxınlarına başsağlığı verirəm. Məkanı cənnət olsun” – başsağlığında qeyd olunub.