Modern.az

Azərbaycan nefti 4 dollara yaxın BAHALAŞIB 

Azərbaycan nefti 4 dollara yaxın BAHALAŞIB 

Aktual

18 May 2022, 09:52

"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti bahalaşmaqda davam edir.

 

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,79 ABŞ dolları, yaxud 3,17 % artaraq 123,18 ABŞ dolları təşkil edib.

 

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.

 

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı