Modern.az

Ukraynada öldürülən rus hərbçilərin sayı 28 mini keçdi

Ukraynada öldürülən rus hərbçilərin sayı 28 mini keçdi

Aktual

18 May 2022, 11:02

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvələrin sayı 28 300-ə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

Bildirilib ki, fevralın 24-dən bu günədək Rusiyanın 1235 ədəd tankı, 3009 ədəd zirehli döyüş maşını, 586 ədəd artilleriya sistemi, 199 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 91 hava hücumundan müdafiə sistemi, 202 ədəd hərbi təyyarəsi, 167 ədəd helikopteri, 102 qanadlı raket, 2 137 ədəd nəqliyyat vasitəsi və avtoçən, 13 ədəd gəmi, 441 ədəd dronu və 43 ədəd xüsusi texnikası sıradan çıxarılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı