Modern.az

Sığınacaqların sayı kifayət qədər deyil - Komitə sədri

Sığınacaqların sayı kifayət qədər deyil - Komitə sədri

Aktual

18 May 2022, 13:12

"Azərbaycanda sığınacaqların sayı kifayət qədər deyil. Lakin bu, o demək deyil ki, bütün bölgələrdə sığınacaqlar olmalıdır. Biz elə etməliyik ki, bir şəxsin problemi sığınacağa qədər həll edilsin".

 

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

 

Komitə sədri bildirib ki, sığınacaqlardakı xidmətin səviyyəsi qaldırılmalıdır.

 

"Bu, əsas məsələdir. Eyni zamanda, müəyyən sayda sığınacaqların yaradılmasına ehtiyac var", - deyə B. Muradova əlavə edib

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
YAP-dan Ərdoğanın partiyasına sərt etiraz - Bunu dayandırın!