Modern.az

Mayda minimum temperatur bu rayonlarda olub

Mayda minimum temperatur bu rayonlarda olub

Aktual

18 May 2022, 13:32

Respublikanın əksər bölgələrində may ayının birinci ongünlüyü havanın orta temperaturu çoxillik iqlim normasına yaxın, bəzi yerlərdə 1º C yüksək olub və yağıntılı hava şəraiti ilə səciyyələnib.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, havanın dekadalıq orta temperaturu Maştağada 14,5ºC, Mərkəzi Aran, Mil-Muğan və Qarabağ bölgələrində 16-17⁰ C, Lənkəran-Astara bölgəsində 12-17º C, Qubada 12º C, Şəki-Zaqatalada 15-16⁰ C, Dağlıq Şirvan bölgəsində 12-13º C, Gəncə-Daşkəsəndə və Naxçıvanda 16º C, Qazax-Tovuzda 9-15⁰ C təşkil edib.

 

Havanın minimum temperaturu Qazax və Gədəbəydə 3º C, Qubada 6º C, Dağlıq Şirvanda 7-8º C, Ceyrançöl və Naxçıvanda 8º C, Tovuz, Şəki, Zaqatalada 9º C, Maştağa, Gəncə, Lənkəran və Göyçayda 10º C, Cəfərxan, Zərdab və Bərdədə 11º C, Astarada 13º C qeydə alınıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı