Modern.az

Oğurluqda şübhəli bilinən gənclər TUTULDU

Oğurluqda şübhəli bilinən gənclər TUTULDU

Aktual

18 May 2022, 12:56

Samux rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində silsilə oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, rayon sakinləri Raqif Balakişiyev və Elgiz Quliyev qabaqcadan əlbir olaraq rayon ərazisindəki 2 fərdi yaşayış evindən müxtəlif məişət avadanlıqlarını oğurlayıb. Şübhəli şəxslər saxlanılaraq maddi sübutların bir qismi ilə birlikdə istintaqa təhvil verilib.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı