Ukraynada hərbi vəziyyət rejiminin müddəti uzadılacaq.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski qanun layihəsini Ali Radaya təqdim edib.
Qeyd edək, fevralın 24-də Rusiyanın hərbi müdaxiləsindən sonra Ukraynada hərbi vəziyyət rejimi tətbiq edilib. Ukraynada hərbi vəziyyət rejiminin müddəti mayın 25-dək qüvvədədir.