Modern.az

“Zelenski normal oğlandır, amma nə etdiyini bilmir” - Kadırov

“Zelenski normal oğlandır, amma nə etdiyini bilmir” - Kadırov

Aktual

18 May 2022, 14:46

“Bugünkü Ukraynanın lideri sərt, müdrik, uzaqgörən və müstəqil olmalıdır”.
 

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Çeçenistanın rəhbəri Ramzan Kadırov bildirib.
 

"Bu gün Ukrayna lideri sağa-sola baxmadan qərarlar qəbul etməlidir. O, vətənini, dövlətini sevən müstəqil insan olmalıdır", - Kadırov vurğulayıb.
 

Kadırov bir müddət əvvəl demişdi ki, Vladimir Zelenskini normal oğlan hesab edir, lakin son vaxtlar Ukrayna prezidenti nə işlə məşğul olduğunu özü də bilmir. Amerikanın köhnə silahlarını Ukraynaya sataraq bu ölkəni aldatdığını qeyd edən Kadırov bundan məyus olduğunu bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı