Modern.az

Son sutkada yoluxanlar - 1 nəfər öldü

Son sutkada yoluxanlar - 1 nəfər öldü

Aktual

18 May 2022, 16:30

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 5 yeni yoluxma faktı qeydə alınıb, 12 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 792 685 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 933 nəfər müalicə olunaraq sağalıb, 9710 nəfər vəfat edib, aktiv xəstə sayı 42 nəfərdir.

 

Ölkədə son sutka ərzində 3919, hazırkı dövrədək isə 6 862 217 test aparılıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı