Modern.az

Baş nazir Litva Prezidenti ilə görüşüb

Baş nazir Litva Prezidenti ilə görüşüb

Aktual

18 May 2022, 17:26

Baş nazir Əli Əsədov mayın 18-də Litva Respublikasının Prezidenti Qitanas Nauseda ilə görüşüb.

 

Nazirlər Kabinetindən Modern.az-a verilən məlumata görə, görüşdə Azərbaycan-Litva münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə edilib.

 

İki ölkənin prezidentlərinin iştirakı ilə Bakıda keçirilən Azərbaycan-Litva biznes forumunun əhəmiyyəti vurğulanıb. Görüşdə Azərbaycan ilə Litva arasında siyasi, ticari-iqtisadi, sərmayə qoyuluşu, humanitar, turizm və bir çox digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!