Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nazirliyə çevrilməsi təklifinə dəstək verilib.
Modern.az-ın məlumatına görə, bu barədə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova bildirib.
Hüquq müdafiəçisi fikrini aşağıdakı kimi əsaslandırıb:
"10 milyondan çoxuq. Azərbaycanda 2 milyon 100 mindən çox ailə var (2018-ilin rəqəmi), uşaqların sayı 2 milyon 600 minə yaxındır (2017-ci ilin rəqəmi), 4 milyon 960,1 min nəfərini qadınlar (2017-ci ilin rəqəmi) təşkil edir. Bu rəqəmlər fonunda 50-70 arası işçinin ailə, qadın və uşaq problemlərinin həllinə çevik müdaxiləsi çətin olur. O baxımdan nazirliyin olması vacibdir və əhəmiyyətlidir. Ümumiyyətlə, bütün dünyada gender məsələləri üzrə problemlər əsas qurum olaraq nazirlik tərəfindən tənzimlənir".