Bu gün deputat Azay Quliyev Binəqədi rayonu, 7-ci mikrorayon, Süleyman Sani Axundov küçəsi 1, 1v saylı binaların, Süleyman Sani Axundov küçəsi 3, 3a, 3b, 4a və Kunanbayev küçəsi 12, 333, 24, 26 saylı binaların həyətində seçiciləri ilə görüş keçirib.
Modern.az xəbər verir ki, görüşdə iştirak edən seçicilər, o cümlədən müharibə iştirakçıları və Qazilər onları narahat məsələləri deputatın diqqətinə çatdırıblar.
Qaldırılan məsələlərin bir çoxu ilə bağlı mərkəzi və yerli icra hakimiyyət orqanlarının nümayəndələri tərəfindən konkret qərarlar qəbul edilib.
Deputat vətəndaşları narahat edən digər məsələlərin də araşdırılıb həlli ilə bağlı müvafiq addımların atılacağını bildirib.
Görüşdə Binəqədi bələdiyyəsinin sədri Mürsəl Eminov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin 2 saylı Binəqədi və Nərimanov rayon şöbəsinin müdiri Cahandar Axundov , bundan əlavə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin, Su-kanal, İstilik və Qaz idarələrinin rəhbər vəzifəli şəxsləri iştirak edib.