Modern.az

Əfv Komissiyasında 500-dən çox müraciətə baxılıb

Əfv Komissiyasında 500-dən çox müraciətə baxılıb

Aktual

19 May 2022, 17:56

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

 

Modern.az xəbər verir ki, iclasda komissiyaya daxil olan 100-dən çox müraciətə baxılıb. Bununla da Əfv Məsələləri Komissiyasında baxılan müraciətlərindən sayı 500-ü keçib.

 

Qeyd edək ki, 28 May Müstəqillik günü münasibəti ilə Azərbaycanda əfv sərəncamının imzalanması gözlənilir. 

 

Xatırladaq ki, Azərbaycanda sonuncu əfv sərəncamı ötən il martın 18-də imzalanıb. Sərəncama əsasən, azadlıqdan məhrum edilmiş 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı