Modern.az

Azərbaycanda 53 qadın İİV-ə yoluxdu

Azərbaycanda 53 qadın İİV-ə yoluxdu

Aktual

19 May 2022, 11:36

Bu ilin ilk üç ayı ərzində İİV-ə 186 yeni yoluxma halı qeydə alınıb. Onlardan 182-si Azərbaycan vətəndaşı, 4-ü isə əcnəbidir. Yoluxma qeydə alınmış yerli sakinlərdən 129-u kişi, 53-ü qadındır.

 

Modern.az xəbər verir ki, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov deyib.

 

Onun sözlərinə görə, Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən qeydiyyata götürülən ölkə vətəndaşlarının 37,2 faizində İİV-ə yoluxma infeksion narkotik istifadəsi, 52,2 faizində heteroseksual, 4,1 faizində homoseksual kontakt nəticəsində, 1,5 faizində anadan uşağa keçməklə, 0,01 faizində donor qanının köçürülməsi nəticəsində yoluxma baş verib.

 

Xəstələrin 5 faizində yoluxma yolu müəyyənləşdirilməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı