Modern.az

"Mercedes" 17 mindən çox avtomobili geri çağırır

Aktual

19 May 2022, 14:12

Almaniyanın "Mercedes-Benz" şirkəti Avstraliya bazarında 17 mindən çox avtomobili geri çağırır.

 

Modern.az xəbər verir ki, bu barədə şirkətin Avstraliya şöbəsinin açıqlamasında deyilir.

 

Qeyd olunur ki, qərar əyləc sistemində mümkün nasazlıqlarla əlaqədar qəbul edilib. Şirkət rəhbərliyi avtomobil sahiblərini xidmət mərkəzlərinə müraciət etməyə çağırıb.

 

Geri çağırılma 2005-2013-cü illərdə istehsal olunmuş "ML-Class", "GL-Class" və "R-Class" modellərinə şamil olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!