Modern.az

Zakir Sultanov cəzaçəkmə müəssisəsinə KÖÇÜRÜLDÜ

Zakir Sultanov cəzaçəkmə müəssisəsinə KÖÇÜRÜLDÜ

Aktual

19 May 2022, 14:32

Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi, hazırda həbsdə olan Zakir Sultanov istintaq təcridxanasından cəzaçəkmə müəssisəsinə köçürülüb.

 

Modern.az-ın məlumatına görə, sabiq xidmət rəisi Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı cəzaçəkmə müəssisəsinə göndərilib.

 

Qeyd edək ki, Z.Sultanov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb. Z.Sultanova Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, Mədəniyyət Nazirliyinin 5 milyon 327 min 900 manatlıq mülki iddiası təmin olunub.

 

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Z.Sultanovun cəzası 11 ildən 5 il 6 aya endirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı