Modern.az

49 aktiv COVID xəstəsi qaldı - Ölən olmadı

49 aktiv COVID xəstəsi qaldı - Ölən olmadı

Aktual

19 May 2022, 16:32

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 10 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.

 

Ölkədə indiyədək ümumilikdə 792 695 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 936 nəfər müalicə olunaraq sağalıb, 9710 nəfər vəfat edib, aktiv xəstə sayı 49 nəfərdir.

 

Ölkədə son sutka ərzində 2964, hazırkı dövrədək isə 6 865 181 test aparılıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı