Modern.az

Son sutkada peyvənd olunanlar

Son sutkada peyvənd olunanlar

Aktual

19 May 2022, 16:36

Azərbaycanda son sutkada 3197 nəfər vaksinasiya olunub.

 

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumatda bildirilib.

 

Gün ərzində birinci doza vaksinlərin sayı 340, ikinci doza vaksinlərin sayı 451 təşkil edib. Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 2 170-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 228 olub.

 

Ölkədə bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 698 183, birinci doza peyvəndlərin ümumi sayı 5 344 904, ikinci doza vaksinlərin sayı 4 845 785 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 263 579, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 243 915 olub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı