Modern.az

Rus radiosunun adı “Bayraktar” oldu

Rus radiosunun adı “Bayraktar” oldu

Aktual

19 May 2022, 17:54

Ukraynanın Televiziya və Radio Yayımları üzrə Milli Şurası “Rus Radio Ukrayna” radio stansiyasının lisenziyasını yenidən təqdim edib.

 

Modern.az xəbər verir ki, yeni qərar mayın 19-da keçirilən iclasında qəbul edilib.

 

Radio loqosunu dəyişib və bundan sonra “Radio Bayraktar” adlanacaq. Şirkət nümayəndələri iclasda iştirak etməyib və əsas dəyişikliklər barədə danışmayıblar.

 

Radiostansiya bu loqo altında artıq radio qrupunun saytında yayımlanır.

 

Qeyd edək ki, radio Ukraynanın cənub və şərq bölgələrində, eləcə də müvəqqəti işğal olunmuş ərazilərdə radioya qulaq asan auditoriyaya xidmət edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı