Modern.az

Azərbaycan-Litva münasibətləri dərin tarixi köklərə malikdir

Azərbaycan-Litva münasibətləri dərin tarixi köklərə malikdir

Aktual

19 May 2022, 18:46

Azərbaycan-Litva münasibətləri dərin tarixi köklərə malikdir və iki dövlət üçün strateji əhəmiyyət kəsb edir.

 

Bu sözləri Modern.az saytına açıqlamasında millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.

 

Millət vəkili qeyd edib ki, Azərbaycan-Litva əlaqələri 13 sentyabr 2007-ci il tarixli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannaməyə uyğun olaraq dövlətlərarası münasibətlərin bütün istiqamətləri üzrə uğurla inkişaf edir: “Litva Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərində də pozitiv rol oynayır və ölkəmizin ərazi bütövlüyü, suverenliyi ilə bağlı prinsipial, dəyişməz mövqeyə sahibdir. Azərbaycanın 44 günlük müharibədəki zəfərindən sonra iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni imkanlar yaranıb. Hazırda həm Azərbaycan, həm də Litva qarşılıqlı əlaqələrin bir sıra mühüm istiqamətlər, o cümlədən eneri, bərpa olunan enerji, kommunikasiya, təhsil və digər istiqamətlərdə inkişafında maraqlıdırlar. Məlum olduğu kimi, ölkəmiz elektrik enerjisi istehsalında bərpa olunan enerjinin payının artırılması istiqamətində, həm işğaldan azad eilmiş yaşayış məntəqələrimizdə, həm də digər ərazilərimizdə mühüm layihələr həyata keçirir. Artıq dünyanın bir sıra dövlətlərinin aparıcı şirkətləri ölkəmizin bərpa olunan enerji layihələrinə investisiyalar yatırırlar. Bu istiqamətdə Litva şirkətlərinin də böyük təcrübəsi var və Litva prezidenti Gitanes Nausedanın daha öncə mətbuata verdiyi açıqlamalardan da hiss olunur ki, rəsmi Vilnyus yaşıl enerji sahəsində qarşılqlı əməkdaşlığın inkişafında maraqlıdır. Bununla yanaşı, Litva biznesi Azərbaycanla ikitərəfli ticarətin, xüsusilə, İKT, innovasiyalar, nəqliyyat və logistika, enerji sahələrində inkişafına böyük maraq göstərir. Litva Azərbaycana özünün və Avropa İttifaqının Cənubi Qafqazdakı ən mühüm tərəfdaşı kimi baxır və ölkəmizin iqtisadi potensialının, bütövlükdə Aİ üçün böyük önəmə malik olduğu qənaətindədir. Azərbaycan və Litva arasında arasında nəqliyyat və logistika sahəsində əməkdaşlığın da böyük potensialı var. Azərbaycan regionda nəqliyyat dəhlizlərinin diversifikasiyasında mühüm rol oynayır və nəqliyyat habı funksiyasını yerinə yetirir. Litva da öz növbəsində, Aİ ölkəsi olaraq logistika baxımdan Aİ bazarlarına çıxış üçün böyük imkanlara malikdir. Bu da öz növbəsində həm mövcud logistik şəbəkənin, həm də gələcəkdə Zəngəzur dəhlizinin rentabelliyinin artırılmasında, nəqliyyat dəhlizləri arasında sinerjinin yaranmasında əhəmiyyətli rol oynaya bilər”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı