Gürcüstan Müdafiə Qüvvələri Samtsxe-Cavaxetiya bölgəsindəki Orfolo poliqonunda “Helati 2022” adı altında hərbi təlimlər keçirib.
Modern.az xəbər verir ki, hərbi təlimlər NATO-nun JTEC birgə hazırlıq mərkəzinin dəstəyi ilə Gürcüstan Müdafiə Qüvvələrinin Baş Qərargahı və Qərb Komandanlığı tərəfindən təşkil olunub.
Əsasən ordunun müdafiə qabiliyyətinin artırılmasına yönəlmiş təlimlərdə quru qoşunlarının, tank, artilleriya bölmələrinin, hərbi hava və hava hücumundan müdafiə qüvvələrinin, hərbi polis, xüsusi mühafizə, sərhəd və sahil mühafizə qüvvələrinin bölmələri iştirak ediblər.
Bundan başqa, təlimlərdə Mi-24 və Müdafiə Qüvvələrində silahlanmaya daxil edilmiş “İrokez” helikopterlərindən də istifadə olunub.