Modern.az

Bayden Cənubi Koreyaya ilk səfərini edəcək

Bayden Cənubi Koreyaya ilk səfərini edəcək

Aktual

20 May 2022, 08:42

ABŞ Prezidenti Co Bayden dövlət başçısı kimi Koreya Respublikasına ilk səfərini edəcək.

 

Modern.az TASS-a istinadla xəbər verir ki, şənbə günü ABŞ Prezidentinin Cənubi Koreya lideri Yun Sok Yol ilə ilk görüşü baş tutacaq.

 

Baydenin üçgünlük səfərinin əsas mövzuları ikitərəfli münasibətlərlə yanaşı, Koreya Xalq Demokratik Respublikasının raket-nüvə proqramı, iqtisadi təhlükəsizlik və regional əməkdaşlıq məsələləri olacaq.

 

Məlumata görə, Bayden Pxyontxek şəhəri yaxınlığındakı ABŞ-ın 28 minlik hərbçi kontingentinin yerləşdiyi bazaya gedə bilər. Bundan əlavə, onun Seulda Koreya müharibəsi (1950-1953) iştirakçılarının dəfn olunduğu memorial qəbiristanlığı ziyarət edəcəyi gözlənilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı