Modern.az

Həştərxan-Bakı aviareysi bərpa olunur

Həştərxan-Bakı aviareysi bərpa olunur

Aktual

20 May 2022, 09:50

Rusiyanın “Azimut” aviaşirkəti 30 may tarixindən etibarən Həştərxan-Bakı-Həştərxan marşrutu ilə uçuşları bərpa edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb. 

 

Bildirilib ki, uçuşlar həftədə iki dəfə bazar ertəsi və cümə günləri cədvəl üzrə həyata keçiriləcək. Belə ki, Həştərxandan (yerli vaxtla) uçuş saat 12:45-də, Bakıya eniş saat 14:10-da, əks istiqamətdə - Bakıdan uçuş saat 15:10-da, Həştərxana eniş saat 16:40-da baş tutacaq.

 

Qeyd edək ki, əlavə rüsumlar nəzərə alınmadan bir istiqamətə biletin qiyməti 80 avrodan başlayır. Hazırda aviaşirkət Bakıya Mineralnıye Vodı və Soçidən uçuşlar həyata keçirir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı