Modern.az

Yolu keçmək istəyən piyada öldü

Yolu keçmək istəyən piyada öldü

Aktual

20 May 2022, 10:42

Bakıda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, mayın 19-da saat 10 radələrində Suraxanı rayonunun Bülbülə qəsəbəsi ərazisində Bakı şəhər sakini P. Babayev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən qəsəbə sakini Səmayə İsrafilovanı vurub.

 

Nəticədə piyada hadisə yerində ölüb. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!