Modern.az

Küçədə bıçaqlı hücum - Yaralılar var

Küçədə bıçaqlı hücum - Yaralılar var

Aktual

20 May 2022, 13:38

Norveçin Numedal şəhərində bıçaqla silahlanmış naməlum şəxs insanlara hücum edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində dörd nəfər yaralanıb. Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.

 

Məlumata görə, insident mağazalardan birinin yaxınlığındakı yol kəsişməsində baş verib. Hadisə yerinə xüsusi xidmət orqanları əməkdaşları, təcili tibbi yardım briqadaları və yaralılara kömək göstərmək üçün üç helikopter cəlb olunub.

 

Hücumda şübhəli bilinən şəxs saxlanılıb. Hadisənin səbəbi hələlik məlum deyil.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı