Modern.az

Bir gündə 3 mindən çox vaksin vurulub

Bir gündə 3 mindən çox vaksin vurulub

Aktual

20 May 2022, 16:36

Azərbaycanda son sutkada 3067 nəfər vaksinasiya olunub.

 

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah Modern.az-a verilən məlumatda bildirilib.

 

Gün ərzində birinci doza vaksinlərin sayı 347, ikinci doza vaksinlərin sayı 587 təşkil edib. Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1 910-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 223 olub.

 

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 701 250, birinci doza peyvəndlərin ümumi sayı 5 345 251, ikinci doza vaksinlərin sayı 4 846 372 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 265 489, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 244 138 olub.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı