Britaniya kral ailəsi Ukraynadakı müharibədən zərər çəkənlərə kömək etmək qərarına gəlib və evlərinin qapısını onlar üçün açıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bəzi ailə üzvləri artıq ukraynalıları qonaq edib. Eyni zamanda, təhlükəsizlik baxımından onların kimliyi gizli saxlanılır.
Bildirilir ki, dumanlı albion sakinləri müharibədən qaçan ukraynalılara ölkədə normal yaşamaq və özlərini rahat hiss etmək üçün yardım edir. Bununla bağlı 150 mindən çox yerli sakin “Ukrayna üçün evlər” proqramında iştirak edərək, qaçqınları öz yaşayış yerlərində yerləşdirib.
Qeyd edək ki, hazırda Britaniyada 54 minə yaxın ukraynalı qaçqın var.