Modern.az

Velosipedlə yolu keçən yeniyetməni maşın vurdu

Velosipedlə yolu keçən yeniyetməni maşın vurdu

Aktual

22 May 2022, 10:26

Masallıda yeniyetmənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun mərkəzi ərazisində qeydə alınıb.

 

Belə ki, 2008-ci il təvəllüdlü Ağayev Arif Elman oğlu velosipedlə hərəkətdə olarkən onu avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona müştərək və açıq-kəllə beyin travması diaqnozları qoyulub.

 

Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı