Modern.az

Ceyhun Bayramovdan Türkiyəyə BAŞSAĞLIĞI

Ceyhun Bayramovdan Türkiyəyə BAŞSAĞLIĞI

Aktual

22 May 2022, 12:02

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə baş verən avtobus qəzası ilə əlaqədar qardaş ölkəyə başsağlığı verib.

 

Modern.az xəbər verir ki, nazir bununla bağlı “Twitter“ hesabında paylaşım edib.

 

“Qardaş Türkiyədə Adanadan Konya istiqamətində tələbələri daşıyan avtobusun qəza törətməsi xəbəri bizi çox kədərləndirdi. Qəza nəticəsində həyatını itirənlərin ailə üzvlərinə və yaxınlarına başsağlığı bildirir, yaralılara Allahdan şəfa diləyirik”, - paylaşımda deyilir.

 

Qeyd edək ki, Türkiyədə tələbələri daşıyan avtobus qəzaya uğrayıb. Avtobus yoldan çıxaraq aşıb. Hadisə nəticəsində 3 nəfər ölüb, 41 nəfər yaralanıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı