Rusiya ordusu Ukraynanın Zaporojye bölgəsinə raket zərbələri endirib.
Modern.az xəbər verir ki, bu barədə Zaporojye Regional Hərbi İdarəsi məlumat yayıb.
Bildirilib ki, hücum mayın 22-i saat 02:44 radələrində həyata keçirilib. Zaporojye vilayətinin Volnyanşina kəndlərindən birinin mülki infrastrukturuna ciddi ziyan dəyib.
"Hazırda müvafiq qurumlar hadisə yerində xidmət göstərir. Yaralılar var", - məlumatda qeyd olunub. Yaralıların dəqiq sayı açıqlanmayıb.